Mustafayeva Nigar Vüqar qızı, 14 iyun 2005-ci il tarixində anadan olmuşam. Gənclərlə iş, ictimai fəallıq və ekoloji təşəbbüslərlə maraqlanıram. "İşıqlı Gələcək" təşkilatında koordinator, "Amal" xeyriyyə cəmiyyətində qızlarla iş üzrə koordinator kimi fəaliyyət göstərirəm. Balakən regionunun Eko-Səfiri, Qadınların Siyasət Akademiyasının məzunu və “Gənc Lider” layihəsinin iştirakçısıyam. ESC proqramı çərçivəsində Türkiyədə könüllü olmuşam, həmçinin təlimçi və bir neçə təşkilatda skaut dəstəsinin fəal üzvüyəm. Cəmiyyətə töhfə vermək və gənclərin inkişafına dəstək olmaq əsas məqsədimdir.