Xidmət Şərtləri

Xidmət Şərtləri və Kurslara Abunəlik Qaydaları

inkisafyolu.az saytına xoş gəlmisiniz. Saytımızdan istifadə etməklə və kurslara abunə olmaqla aşağıdakı şərtləri qəbul etmiş olursunuz.


1. Ümumi müddəalar
  • Bu şərtlər inkisafyolu.az saytında təqdim olunan bütün xidmətlərə, kurslara və abunəlik sisteminə şamil olunur.

  • Saytdan istifadə etməklə siz bu qaydaları qəbul etmiş sayılırsınız. Əgər şərtlərlə razı deyilsinizsə, xidmətlərimizdən istifadə etməməyiniz xahiş olunur.


  • Bu sayt Azərbaycan Resbublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilir və yazılan məlumatlarla bağlı fond məsuliyyət daşımır.



2. İstifadəçi öhdəlikləri

  • Qeydiyyat zamanı təqdim etdiyiniz məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırsınız.

  • Başqa şəxslərin hesabından icazəsiz istifadə etmək, kurs materiallarını üçüncü şəxslərə ötürmək qadağandır.

  • Kurslarda iştirak zamanı etik qaydalara və müəllif hüquqlarına riayət olunmalıdır.


3. Abunəlik və ödəniş

  • Kurslara giriş yalnız abunəlik əsasında mümkündür.

  • Abunəlik növləri:

    • Pulsuz abunə – elanlar və xəbərlər barədə məlumat almaq.

  • Ödəniş uğurla tamamlandıqdan sonra istifadəçi kurslara dərhal giriş əldə edir.

  • Ödəniş geri qaytarılmır, yalnız texniki problem və ya xidmətin göstərilməməsi hallarında istisna edilir.


4. Məxfilik və məlumatların qorunması

  • İstifadəçilərin şəxsi məlumatları qanunvericiliyə uyğun qorunur və üçüncü tərəflərlə paylaşılmır.

  • Abunəlik zamanı təqdim olunan email və əlaqə vasitələri yalnız kurslarla bağlı məlumatlandırma üçün istifadə olunur.


5. Kurslara giriş

  • Abunə olan istifadəçi “Mənim Kurslarım” bölməsindən yalnız öz hesabı ilə daxil ola bilər.

  • Kurs materiallarının paylaşılması və ya icazəsiz yayılması qəti qadağandır və hüquqi məsuliyyət yaradır.


6. Xidmətlərin dəyişdirilməsi və dayandırılması

  • inkisafyolu.az istənilən vaxt kursların məzmununu dəyişdirmək, yeni abunəlik planları əlavə etmək və ya müəyyən xidmətləri dayandırmaq hüququna malikdir.

  • İstifadəçilərə hər hansı dəyişiklik barədə əvvəlcədən xəbər verilə bilər.


7. Hüquqi məsuliyyət

  • Qaydaların pozulması nəticəsində yaranan hüquqi və maliyyə məsuliyyətini istifadəçi daşıyır.

  • Mübahisələr yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həll edilir.

Sayta daxil olduqda istifadəçi təcrübəsini yaxşılaşdırmaq və məzmunu fərdiləşdirmək üçün kukilərdən və digər izləmə texnologiyalarından istifadə edə bilərik daha çox öyrənin

İcazə verin